Dünya

İraqın şimalında 8 terrorçu zәrәrsizlәşdirilib


İraqın şimalındakı Asos və ”Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın 8 üzvü zərərsizləşdirilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Assos və ”Pəncə-Kilid” əməliyyatı bölgələrində aşkar etdiyi 8 PKK terrorçusunu zərərsizləşdirib. Mübarizəmizi qətiyyətlə davam etdiririk”.