Cənubi Kuril adaları yaxınlığında zəlzələ baş verib
Cənubi Kuril adaları sahillərində zəlzələ qeydə alınıb.
SİA-nın məlumatına görə, RİA Novosti bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenovaya istinadən xəbər verir.
Zəlzələnin episentri Sakit okeanda olub.
Ən yaxın ada 101 kilometr şimalda yerləşir – bu Simuşirdir. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib. Mütəxəssisin dediyinə görə, həssaslıq barədə məlumat yoxdur. Sunami xəbərdarlığı verilməyib.
Əli Babayev