Novosibirsk yaxınlığında ölümlə nəticələnən avtobus qəzası
…Fevralın 22-də Novosibirsk vilayətinin Ordinski rayonunda avtobusun iştirakı ilə bir nəfərin ölümü ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın məlumatına görə, bu barədə məlumatı rayon Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin mətbuat xidməti verib.
İlkin məlumata görə, “Toyota Cresta” markalı avtomobili idarə edən 39 yaşlı Sibir sakini idarəetməni itirib və 13 sərnişinin olduğu avtobusla toqquşub.
Qəza nəticəsində yapon avtomobilinin sürücüsü yerindəcə keçinib, onun həmkarı isə müxtəlif bədən xəsarətləri ilə yerli tibb müəssisəsinə yerləşdirilib.
Xoşbəxtlikdən avtobusda olanlardan ciddi xəsarət alan olmayıb.
Ordinski rayon yol polisi müfəttişi Aleksey Ryabov hadisənin bütün hallarını aydınlaşdırmaq üçün ilkin araşdırmaya başlandığını bildirib.
Hazırda qəzanın səbəbləri və təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Nazlı Almuradova