Sosial

Sabahdan Azərbaycanda Ramazan ayı başlayır


Sabah Azərbaycanda Ramazan ayı başlayır. SİA xəbər verir ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcəkdir.

Ramazan ayının qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə düşür.

Martın 30-da isə fitr bayramı qeyd olunacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.