Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti fevralın 28-i və martın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. SİA-nın məlumatına görə, xidmətdən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Salyan, Neftçala, Qobustan, Lənkəran,…
Milli Məclisin komitə iclasında üç məsələ müzakirə olunub
Fevralın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, iclası açan komitə sədri Azər Əmiraslanov gündəliyə 3 qanun layihəsinin daxil edildiyini söyləyib. Əvvəlcə “Lisenziyalar və icazələr haqqında”…
Azərbaycan XİN Dominikanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominikanı milli bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib. “Dominikan Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edirik”, – paylaşımda qeyd olunub.
Martın 22-də “Crocus City Hall”-da memorialın açılışı olacaq
Emin Ağalarov Krasnoqorskda “Krokus”un yaxınlığında terror aktı qurbanlarının xatirəsinə ucaldılan abidənin açılacağı tarixi açıqlayıb …Abidənin qara qranitdən hazırlanması qərara alınıb. SİA-nın məlumatına görə, memorial strukturun layihəsini Crocus Group-un rəhbəri Araz Ağalarov hazırlayıb. “Crocus City Hall”…
Bakıda “Qadın iştirakçılığının təbliği” adlı konfrans keçirilib
Fevralın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan tədbirdə hökumət və dövlət nümayəndələri, deputatlar,…
“Kompleks Xocalı qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi üçün mühüm addımdır”
“Prezidentin Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında sərəncamı Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması, eləcə də Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi baxımdan olduqca vacib və mühüm addımdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib….
Sabahdan Gəncə-Şuşa müntəzəm avtobus reysi istifadəyə verilir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 28 fevral tarixindən Gəncədən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. SİA AYNA-nın yaydığı məlumata istinadən xəbər verir ki, məqsəd “Böyük Qayıdış” Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi,…
“Qarlı hava şəraiti nəqliyyatı iflic vəziyyətə gətirir”
“Qarlı havada nəqliyyatın hərəkətindəki çətinliklər göz önündədir. Qarlı havada yaranan çətinliklər ondan ibarətdir ki, yol nəqliyyat hadisələrinin sayı artır, yollar buz bağlayır, nəqliyyat vasitələrində sürüşmə problemləri ortaya çıxır. Həmçinin qarlı hava zəncirvari qəzalara yol açır. Ümumiyyətlə nəqliyyat vasitələrinin hərəkəti çətinləşdirilir”….
Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası…
Hakan Fidan “Əl-Cəzirə” telekanalına müsahibə verib
Xarici işlər naziri Hakan Fidan ABŞ prezidenti Donald Trampın Qəzzanı təhvil alaraq fələstinliləri zorla köçürmə planı ilə bağlı açıqlama verərək “Biz belə bir təklifi qəbul edə bilmərik” deyib. SİA-nın məlumatına görə, bu barədə Hakan Fidan “Əl-Cəzirə” telekanalının suallarını cavablandırıb. Müsahibənin…