“Dünyadakı proseslər ABŞ və Rusiyanın münasibətlərindən asılı olacaq”
“ABŞ prezidenti Donald Tramp seçki öncəsi ABŞ və Rusiya arasında təmasların mümkünlüyünü qeyd edirdi. 20 yanvar tarixində Donald Tramp ABŞ prezidenti kimi fəaliyyətə başlamasından çox qısa zaman sonra ABŞ prezidenti ilə Rusiya Prezidenti Vladimir Putin arasında bir saat yarım davam…
Rostov vilayətində quduzluq xəstəliyinə tutulmuş canavar tapılıb
Rostov vilayətinin rayonlarından birində quduzluğa qarşı karantin tətbiq edilib. SİA-nın məlumatına görə, müvafiq sənədi Rostov vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Yuri Slyusar imzalayıb. Bölgənin Belokalitvinski rayonunda karantin qüvvədədir. Məlum olub ki, Belaya Kalitva şəhərindən bir qədər aralıda yırtıcı cəsədi aşkar…
Azərbaycan xalqı Xocalı qətliamını xatırladı və ədaləti bərpa etdi
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında 25fevral 2025-ci il tarixində Xocalı soyqırımının 33 ildönümünə dair “People of Azerbaijan remember the Khojaly massacre and restored justice” adlı məqaləsi dərc olunub. Məqalədəson…
Azərbaycanda almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyalar yaradılacaq
Emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyalar yaradılacaq. SİA xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında” Sərəncamında əksini tapıb. Sərəncama əsasən, Nazirlər Kabineti dövlət nəzarətinin həyata keçirilməsi…
Putin üçün müharibəni davam etdirmək çətin olacaq..?
Çünki ona qarşı təzyiqlər artıb Rusiya lideri Vladimir Putin Ukrayna tamamilə təslim olana qədər müharibəni davam etdirmək niyyətindədir ki, bu da rusların əksəriyyətinin arzusudur. Lakin Rusiya əhalisi uzun sürən kampaniyanın yüksək xərcləri səbəbindən iqtisadi vəziyyətin…
Xocalıya qayıdış Xocalı şəhidlərinin ruhuna ehtiramdır
Xocalı faciəsi, Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxan, XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşmüşdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, o dövrdə Xankəndidə yerləşən 366-cı motoatıcı alayın dəstəyi ilə Xocalıya hücum edərək dinc…
Almaniya Rusiyanı G7-yə qaytarmaq ideyasını rədd edir
Bu bəyanat G20-nin maliyyə nazirlərinin görüşündə verilib Rusiya ABŞ prezidenti Donald Trampın təklif etdiyi kimi “Yeddi zəngin demokratik dövlətlər qrupuna” yenidən qəbul edilməyəcək. SİA-nın məlumatına görə, RBC-Ukrayna Reuters-ə istinadən xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Yorq…
Sulu qar yağacaq, yollar buz bağlayacaq
Bakıda və Abşeron yarımadasında fevralın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°…
“Ağdam çox qədim tarixə malik və gözəl arxitekturası olan şəhərdir”
“Cənab Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərimizə səfər edir”. Bunu SİA-ya millət vəkili Tural Gəncəliyev deyib. O bildirib ki, bu torpaqlarımızda insanların öz yurdlarına geri dönməsi üçün çox gözəl imkanlar yaradılır: “Hər belə bir səfər yeni bir layihənin…
Qlobal istiləşmə Rusiyanı “dünyanın çörək səbətinə” çevirəcək..?
Futuroloq Kononov hesab edir ki, iqlimin istiləşməsi Rusiya üçün təhlükələr və fürsətlər gətirir …Futuroloqlar Assosiasiyasının üzvü, texnika elmləri namizədi Aleksandr Kononovun fikrincə, qlobal istiləşmə Rusiya üçün kənd təsərrüfatının inkişafı üçün unikal fürsətə çevrilə bilər. Əvvəllər…