İqtisadiyyat

8 Mart günü restoranlarda ƏL YANDIRAN QİYMƏTLƏR


Məlumdur ki, bayram günlərində bir çox restoranlarda qiymətlər 2-3 qat bahalaşır. Elə qarşıdan da, 8 Mart Qadınlar Günü gəlir. Gəlin görək, məkanlarda qiymətlər hansı durumdadır?

SİA qiymətləri təqdim edir:

Bihter Baku: “Səhnə önü 1 nəfər -500 AZN

Orta masalar 1 nəfər – 450 AZN

Digər masalar 1 nəfər – 400 AZN. Qiymətə menyu daxildir.

Menyu daxil olmayan qiymətlər:

Səhnə önü 1 nəfər – 400 AZN

Orta masalar 1 nəfər- 350 AZN

Digər masalar 1 nəfər- 300 AZN.

Qeyd edək ki, gecənin qonağı məşhur türk müğənni İrem

Dericidir”.

Cıdır Baku: “ 8 Mart tarixində Cıdır restoranında “Beynalxalq Qadınlar Günü”nə özəl İradə İbrahimovanın keçiriləcək canlı konsert proqramının qiyməti (1 nəfər üçün) 200/250/350Azn təşkil edir.

Qiymətə daxildir:

Fix menu və şou-proqram”.

Elpiano Baku: “1 nəfər üçün qiymət: 120 AZN

Menyu və xidmət haqqı qiymətə daxildir.

Gecənin qonaqları:

Məryəm Şabanova

Ramil Nabran

Şölə Səfərəliyeva

Nurlan Təhməzli

Rasim Səfər

Gecənin davamında:

Rəqs qrupları

Boys Band və disko rəqslər”.

Byniyamsalami restaurant: “1 nəfər üçün depozit 100 AZN təşkil edir. Şou proqram hədiyyə olunur və əlavə servis haqqı haqqı ödənilmir. Bir sözlə hər şey 100 AZN-a daxildir”.

Khachapuri garden restaurant: “8 Mart tarixində 1 nəfər üçün depozit 80 Azn təşkil edir. Menyu sərbəst seçimdir. Minimum 6 nəfərlik masalar mövcuddur”.

Dolunay Restaurant: “Qiymətlər:

1 nəfər üçün – Music zalı 70 azn

1 nəfər üçün – Garden zalı 50 azn

Gecədə iştirak edəcək müğənnilər:

* Aparıcı müğənni – Vüqar Əliyev

* Huri

* ⁠Kama Moonir

* ⁠Mehriban Qəmbərov

* ⁠Sevinc Şah

* DJ şou

* ⁠Rovik Səfərov”.

Cheers Cafe Baku: “Bu məkanda 8 mart günü ilə bağlı xüsusi heç bir depozit yoxdur”.

Rustaveli Georgian Restaurant: “Fix menyu 1 nəfər üçün 70 AZN təşkil edir.

Menyuya daxildir:

Pendir assorti, Turşu assorti, Tərəvəz buketi, Pxali assorti, Süzmə, Limon, Çörək, Albalı Pomidor salatı, Badımcan salatı, Sezar toyuq ilə, Badrijani, Ətli blinçik, Çeburek, Sac çolpa, Chashushuli, Tabaka, Limonad 0.5L, Su Qazlı/Qazsız 0.5L

Gecənin qonaqları:

Günel Həsənova

Azər Zeyn

Rich Band

DJ”.

Grace Terrace: “1 nəfər 60 AZN. Qiymətə menyu və şou proqram daxildir”.

Ayşən Vəli