Dünya

Bankomatın partladılmasının səbəbi məlum olub


…Moskvada ticarət mərkəzində bankomatın partlaması naməlum şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verib. SİA-nın məlumatına görə, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti bildirib.

İlkin məlumatlara görə, partlayışı Snejnaya küçəsindəki meqamall-a gələnlərdən biri törədib.

Versiyalardan birinə görə, bankomat fırıldaqçıların qurbanına çevrilə bilərdi.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Amma ticarət mərkəzinin binasının şüşələri sındırılıb. Hadisə yerində əməliyyat qrupu işləyir.

Əli Babayev