Qazaxıstan fevralda Almaniyaya 100 min ton neft nəql edib
Fevral ayında “Transneft” PSC magistral neft kəməri ilə Almaniyaya 100 min ton Qazaxıstan nefti nəql edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ilin əvvəlindən Almaniyaya 200 min ton neft tədarük edilib. “KazTransOil” mart ayında Almaniyaya 100 min ton neft nəql etməyi planlaşdırıb.
Bu il ərzində şirkət “Transneft” PSC magistral neft kəməri sistemi ilə 1,2 milyon ton neft göndərməyi nəzərdə tutub.