Moskva yaxınlığındakı Ximkidə iki qız buzdan yıxılıb
Ximki şəhər rayonunda 12 yaşlı iki qız buzdan yıxılıb.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə Moskva kanalında Lev Tolstoy parkı tərəfdən baş verib. Nəticədə bir qız hadisə şahidləri tərəfindən xilas edilsə də, ikinci qız boğularaq ölüb.
Fövqəladə Hallar Xidməti agentliyə bildirib ki, qızları xilas edən kişilər az qala özlərini da boğacaqlarmış.
…Martın 8-də xilasedicilər Mıtişi şəhəri rayonundakı Piroqovskoye su anbarında buzlu qayıqla su anbarının buzunun üzərində üzən və buz dəliyinə düşən şəxsə kömək ediblər.
Xilasedicilər hadisə yerinə gələndə batmaqda olan və çətinliklə suda qalan adam görüblər. Kişinin çəkmələri, palıdlı şalvarları şişib onu suyun dibinə doğru çəkirmiş, soyuqdan onun qol-ayağı donubmuş.
Dalğıclardan biri buz qabığının üzərinə çıxıb və boğulan adama tərəf sürünüb. O, buzun kənarına çatanda dalğıc adamı tutub. Kişi sahilə çıxarılıb, daha sonra xəstəxanaya yerləşdirilib.
Nazlı Almuradova