Dünya

ABŞ və Ukrayna danışıqları bərpa edir


…ABŞ və Ukrayna Səudiyyə Ərəbistanının Ciddə şəhərində fasilədən sonra danışıqları bərpa edib.

SİA-nın məlumatına görə, bu barədə CBS News-un jurnalisti Cennifer Djeykobs X sosial şəbəkəsində yazıb.

…Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak və Ukrayna nümayəndə heyəti ilə görüş hələ başa çatmayıb, – deyə müxbir vurğulayıb.

Djeykobs yarım saatdan çox davam edən fasilədən sonra Vaşinqton və Kiyev arasında danışıqların yeni raundunu elan edib.

Jurnalistin sözlərinə görə, mənbələr ona üç saatdan çox davam edən danışıqların birinci raundundan sonra müzakirələrin davam etdiriləcəyini bildiriblər.

Bundan əvvəl ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Ukrayna ilə danışıqların gedişatını bir cümlə ilə dəyərləndirib.

Birinci turdan sonra ABŞ dövlət katibi Marko Rubio və Vals nümayəndə heyətlərinin görüşdüyü Ciddədəki Ritz-Carlton otelinin foyesini gəziblər.

Əli Babayev