Braziliyada dünyanın ən yaşlı insanının adı açıqlanıb
Braziliyalı yaşlı Deolira Gliceria Pedro da Silvanın ailəsi onu dünyanın ən yaşlı insanı adlandırıb və Ginnesin Rekordlar Kitabına müraciət etmək niyyətindədir.
SİA-nın məlumatına görə, bu barədə Need To Know (NTK) yazır.
Yaxınlarının verdiyi məlumata görə, qadının martın 10-da 120 yaşı tamam olub.
Onlar Deolira da Silvanın doğum tarixini 10 mart 1905-ci il kimi qeyd edən doğum şəhadətnaməsi tapdıqlarını iddia edirlər.
Qeyd edək ki, Ginnesin Rekordlar Kitabına görə, hazırda dünyanın ən yaşlı insanı 116 yaşlı braziliyalı rahibə İna Canabarro Lukasdır.
Onun 8 iyun 1908-ci ildə anadan olduğu güman edilir.
…Artıq bizdə doğum haqqında şəhadətnamə var ki, bu da tələb olunan sənədlərdən biridir.
Braziliyalı qadının şəxsi həkimi Juair de Abreu, “rəsmi ərizə təqdim etmək üçün daha bir kağız parçası gözləyirik”,- deyib. Fevral ayında ABŞ-da 104 yaşlı qadın ad gününü həbsxanaya gedərək qeyd edib. Nyu-York sakini Loretta bayramı qeyd etmək üçün qeyri-adi üsul seçib. Bu səfər onun arzu siyahısındakı maddələrdən birinin yerinə yetirilməsi idi.
Nazlı Almuradova