Siyasət

Jelka Tsviyanoviç Azərbaycana səfərə gəlib


Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Xll Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə martın 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

SIA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.