Dünya

Lavrov Aİ ölkələrinin…mövqeyi ilə maraqlanmır





Ukraynadakı nizamlanma ilə bağlı…



Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı Avropa İttifaqı ölkələrinin rəyi onu maraqlandırmır.

Diplomatik departamentin rəhbərindən Avropa İttifaqının sülh prosesi ilə bağlı mövqeyinə münasibəti soruşulub.

…Düzünü desəm, onların mövqeyi məni maraqlandırmır. Artıq bir müddətdir ki, heç vecimə də yoxdur.

SİA-nın məlumatına görə, bunu da Lavrov deyib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Avropa İttifaqı Ukrayna ətrafında münaqişənin sülh yolu ilə həlli yollarını axtarmaq əvəzinə, Kiyevə hərbi və maliyyə yardımını sürətlə artırmaq planlarını bəyan edir və eskalasiyanı qəsdən gücləndirir.

Əli Babayev