Dünya

Putin Trampın nümayəndəsi ilə Moskvada görüşəcək


ABŞ prezidentinin xüsusi elçisi Steve Uitkoff martın 13-də axşam Moskvada Kreml lideri Vladimir Putinlə görüşəcək. SİA xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

KİV-in məlumatına görə, Aleksandr Lukaşenko ilə danışıqlardan sonra Putin Vitkovu “Kremlin 1-ci binasında” qəbul edəcək.

Görüşün başqa təfərrüatları açıqlanmayıb.

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun təyyarəsi cümə axşamı Moskvaya eniş edib.

Onun Ukrayna nümayəndə heyəti ilə martın 11-də Ciddədə keçirilən danışıqların nəticələrini Rusiyada təqdim edəcəyi gözlənilir.

Əli Babayev