Dünya

Putin Ukraynada 30 günlük atəşkəs ideyasına qarşıdır..?


Vladimir Putin 30 gün ərzində hərbi əməliyyatları dayandırmağa hazır olmadığını bildirib. Rusiya liderinin “uzunmüddətli sülh” istədiyi iddia edilir.

SİA-nın məlumatına görə, bu barədə o, Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında bildirib.

…Biz hərbi əməliyyatların dayandırılması təklifi ilə razıyıq. Lakin biz bu dayandırmanın uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın əsas səbəblərini aradan qaldırmalı olduğundan çıxış edirik.

Putin ABŞ-ın atəşkəs təklifini necə dəyərləndirdiyi ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin 30 günlük atəşkəsə nail olması yaxşı olardı.

…Biz də atəşkəs tərəfdarıyıq, lakin nüanslar var, – Putin əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olduğu ərazini nə edəcəyik? Kursk vilayətində qalan Ukrayna Silahlı Qüvvələri əsgərlərinin taleyi necə olacaq? Onları sadəcə buraxmalıyıq? Təmas xəttində vəziyyət necə inkişaf edəcək – 2000 kilometr, biz demək olar ki, hər yerdə irəliləyirik. Mümkün atəşkəsi harada və kimin pozduğunu kim müəyyənləşdirəcək? Bu 30 gün ərzində Ukrayna silah almağa davam edəcəkmi və məcburi səfərbərlik davam edəcəkmi? Doğrulama məsələlərini necə həll edəcəklər, necə təminat verəcəklər ki, belə bir şey olmayacaq?

Putin hesab edir ki, bütün bu məsələlər, o cümlədən, ABŞ prezidenti Donald Trampla müzakirə tələb edir.

…İdeyanın özü düzgündür və biz onu əlbəttə ki, dəstəkləyirik, lakin müzakirə etməli olduğumuz məsələlər var.

Putin əlavə edib.

Əli Babayev