Dünya

2025-ci ildə Rusiya miqrantların üzünə bağlansın!


…Rusiya və onun vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün Rusiya Liberal Demokrat Partiyası (LDPR) ən azı bu ilin sonuna qədər miqrantların ölkəyə girişinə tam qadağa tətbiq edilməsinin tərəfdarıdır.

SİA-nın məlumatına görə, bu barədə partiyanın lideri Leonid Slutski RİA Novosti-yə müsahibəsində bildirib.

O, mümkün kütləvi iğtişaşların və gələn dini ekstremistlər tərəfindən terror fəaliyyətinin artmasının qarşısının alınması üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Rusiyada miqrantların sayı kritik həddə çatıb.

Rosstatın məlumatına görə, 2024-cü ildə miqrantların artımı rekord 568,5 min nəfər təşkil edib ki, bu da 1995-ci ildən bəri maksimum göstəricidir.

Slutski hesab edir ki, Rusiyaya miqrasiya siyasətində aydın strategiya lazımdır, onun prioriteti vətəndaşların təhlükəsizliyi və sosial müdafiəsi olmalıdır.

O, miqrantların ailələrini gətirmək, vətəndaşlıq və ya sosial müavinət almaq imkanı olmadan yalnız məhdud sayda, müəyyən müddətə iqtisadiyyata buraxılmasını təklif edib.

…Qərb ölkələrində yaranmış vəziyyətin təkrarlanmasına yol verməmək lazımdır, burada miqrantlar öz qaydalarını müəyyən edir, işlərini əlindən alır, cinayətkarlıqla məşğul olurlar.

Əli Babayev