Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrindəki bildirişlərin sayı 367 mini keçib
Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrində 367,6 min yüklülük bildirişi olub. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-nə nisbətən 66,6 % çoxdur.
Başqa sözlə, yüklülük bildirişlərinin 147 mini ötən il qeydə alınıb. Bu da əvvəlki illə müqayisədə 62,3 % çoxdur.
Xatırladaq ki, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.