London Moskvaya tələb irəli sürdü
Rusiya Ukraynada atəşkəs təklifini “heç bir şərt olmadan” qəbul etməlidir.
SİA-nın məlumatına görə, DailyMail xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Kanadada keçirilən G7 sammitində deyib.
…Düşünürəm ki, indi qeyd-şərtsiz atəşkəs zamanı birlik var. Ukrayna öz mövqeyini açıqlayıb. İndi Rusiya bunu qəbul etməlidir, – deyə siyasətçi tələb edib.
Lammi deyib ki, G7 müttəfiqləri Rusiya prezidenti Vladimir Putinə “oyun qaydalarını dəyişməyə” icazə verilməməsi mövzusunda həmrəydirlər.
Bundan əvvəl beynəlxalq klubun üzvləri bəyan etmişdilər ki, Ukraynada 30 günlük atəşkəs rejiminin yaradılması təklifi ilə razılaşmasalar, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilərlər.
Əli Babayev