İqtisadiyyat

Ötən il imtiyazlı şəxslərə verilən mənzil və avtomobillərin sayı


2024-cü ildə imtiyazlı şəxslərə ümumilikdə 800 mənzil, 93 avtomobil təqdim edilib. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Hesabat dövründə mənzil təqdim olunan imtiyazlı şəxslərə Vətən müharibəsi şəhidinin ailə üzvü, Vətən Müharibəsi Qəhrəmanı və ya onların ailə üzvləri, Vətən müharibəsi ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslər, I Qarabağ müharibəsi şəhidinin ailə üzvü, I Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, 20 Yanvar faciəsi ilə bağlı əlilliyi müəyyən edilən şəxslər və 20 Yanvar şəhidinin ailə üzvü, Çernobıl AES-də qəza ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslər, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları, gözdən əlilliyi olan şəxslər aiddir.