Qərbi Azərbaycana qayıdışla bağlı işlərə daha geniş yer verilməsi təklif olunub
İcma rəhbəri Qərbi Azərbaycana qayıdış ideyasının ümummilli hədəf olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərli parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı danışıb.
O qeyd edib ki, Nazirlər Kabinetinin hesabatında da bu məsələyə xüsusi yer verilib:
“Hesabatda elmi institutlarda Qərbi Azərbaycanla bağlı şöbələrin yaradılması əks olunub. Dövlət qurumları Qərbi Azərbaycana qayıdışla əlaqədar konkret işlər görüblər. Bu sahədə görülən işlərə gələn ilin hesabatında geniş yer verilməsini təklif edirəm”.