Böyük Britaniya Ukrayna ilə bağlı virtual sammitə ev sahibliyi edib
Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynanın gələcək təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Ukrayna müttəfiqlərinin virtual sammitinə ev sahibliyi edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, görüşdə 26 ölkənin nümayəndələri iştirak edib. Onların arasında Ukrayna Prezidenti Volodimir Zelenski də olub. Sammitin əsas məqsədlərindən biri Avropanın ABŞ-ı Ukraynanın təhlükəsizliyinə gələcəkdə zəmanət verməyə inandırmaq olub.
Kir Starmer hərbi liderlərin gələn həftə Londonda görüşəcəyini və gələcək Ukrayna sülh razılaşması üçün hərbi planların operativ mərhələyə keçəcəyini, həmçinin praktiki işlərin sürətləndiriləcəyini bildirib.