Suriyada güclü partlayış baş verib
Suriyanın cənubundakı Latakiya şəhərində güclü partlayış nəticəsində azı 3 nəfər ölüb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Hadisə nəticəsində Ər-Raml rayonunda binalardan biri uçub. Yerli sakinlər arasında yaralılar var, onların sayı müəyyənləşdirilir.
Suriya-TV xəbər verir ki, partlayışın səbəbi hazırda məlum deyil.
…Martın 9-da məlum olub ki, Suriya təhlükəsizlik qüvvələri ilə silahlı qruplaşmalar arasında Latakiya ətrafı ərazilərdə qarşıdurma yaranıb.
Ərazidə asayişin bərqərar olması üçün Tartus şəhərinin kənarında yerləşən Əl-Qadmous bölgəsinə Ümumi Təhlükəsizlik Qüvvələrinin əlavə bölmələri göndərilib. Döyüşlər cümə axşamı, martın 6-da başlayıb və Cəblədə, Latakiyanın bir neçə bölgəsində, Latakiya və Tartus əyalətlərinin dağlıq ərazilərində davam edib.
Silahlı qruplar ölkənin yeni rəhbərliyinə qarşı çıxıb. Bundan əvvəl toqquşmalar zamanı 130-a yaxın dinc sakinin öldüyü barədə məlumat yayılmışdı. Təhlükəsizlik qüvvələri Banias şəhərində xüsusi intensivliklə evlərə basqın edərək insanları edam ediblər.
Əli Babayev