Zelenski Ciddə danışıqlarının qalibinin adını açıqlayıb
Böyük Britaniyanın baş naziri Keir Starmer tərəfindən Ukrayna tərəfdaşlarının təşkil etdiyi videokonfransdan sonra Vladimir Zelenski cari gündəmə dair bir sıra açıqlamalar verib.
SİA-nın məlumatına görə, bu barədə EADaily portalı mənbələrə istinadən yazır.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar martın 11-də baş tutub və doqquz saata yaxın davam edib.
Görüşdən sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs rejiminin tətbiqi ilə bağlı təklifini qəbul etməyə hazır olduğunu bəyan edib.
…Hamı Ukraynanın Ciddədə qalib gəldiyini düşünür. Hər kəs Ukrayna Silahlı Qüvvələrinin ixtisarında deyil, gücləndirilməsində maraqlıdır, – Zelenski qeyd edib.
Ukrayna-Rusiya münaqişəsində ərazi məsələsi mürəkkəbdir və daha sonra ətraflı müzakirə olunmalıdır, deyə Ukrayna lideri aydınlıq gətirib.
O əlavə edib ki, Kiyev itirilmiş regionları heç vaxt Rusiya kimi tanımayacaq. Onun fikrincə, atəşkəsə hazırlıq bir aydan çox çəkə bilər.
…Bəlkə 30 gün deyil, yaxşı, bəlkə də bir az daha lazım olacaq, – deyə Zelenski izah edib.
Ukrayna lideri bəyan edib ki, ölkə müstəqil şəkildə silah və hərbi texnika istehsal etmək üçün yeni sənaye sahələri tikəcək və sənayeni genişləndirəcək.
Əli Babayev