Siyasət

Hərbi hissələrdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı birgə tədbirlər keçirilib


Hərbi hissələrdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı birgə tədbirlər keçirilib. Hərbi Prokurorluqdan SİA-ya bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərin əziz və unudulmaz xatirələri yad edilib.

Sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb.

Bundan sonra çıxışçılar Ümummilli Liderin təməlini qoyduğu və hazırda uğurla davam etdirilən mükəmməl siyasətdən, yəni, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil və suveren dövlətimizin qazandığı uğurlardan, Birinci vitse-prezident Mehriban Əliyevanın bu uğurlara verdiyi töhfələrdən, xalqımızın əzmkarlığından və hərbçilərin qəhrəmanlıqlarından danışıblar.

Ardınca hərbçilər qarşısında hüquqi maarifləndirici mühazirələr oxunub, Konstitusiya və digər hüquqi aktlardan bəhs edilib, şəxsi heyətin qayğı və problemləri ilə maraqlanılıb.