Dünya

Papa Fransiskin səhhəti yaxşılaşır


Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə bağlı klinik vəziyyət sabit qalıb, son həftədəki yaxşılığa doğru irəliləyiş davam edib. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Pontifik gecə ərzində qeyri-invaziv mexaniki ventilyasiya ehtiyacını tədricən azaldıb. Yüksək axınlı oksigen terapiyası isə davam edir. Tibbi terapiya və müalicələr klinik mənzərədə tədricən yaxşılaşma göstərir. Papa günün çox hissəsini müalicə, dua və istirahət etməklə keçirib”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.