Dünya

Rusiya və ABŞ Qara dəniz sazişlərini müzakirə edir


Ukraynadakı münaqişənin həlli kontekstində Qara dəniz və limanlara çıxışla bağlı razılaşmalar müzakirə olunur.

SİA-nın məlumatına görə, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff deyib.

…Biz bunu müzakirə etməliyik. Limanlara çıxış Qara dənizlə bağlı potensial razılaşmadır. Atəşkəs yaratmaq üçün çoxlu elementlər var.

Stiv Vitkoff bunu CBS telekanalına danışıb.

Onun sözlərinə görə, döyüş meydanında və ərazidəki şərait də müzakirə olunur.

Xüsusi nümayəndə həmçinin döyüşləri minimuma endirmək üçün xüsusilə sərhədyanı ərazilərdə atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib. Vitkoff Ukraynadakı münaqişəni müzakirə etmək üçün martın 14-də Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Bundan əvvəl Amerika və Ukrayna nümayəndələri Ciddədə görüşüb və sonuncular 30 günlük atəşkəs barədə razılığa gəliblər.

Əli Babayev