“2025-ci ilin əvvəlində Azərbaycan üçün infilyasiya daha yüksək proqnozlaşdırılır”
“İnfilyasiya 2020-ci ildə pandemiya dövründə iqtisadi münasibətlərdə, dəyər zəncirində fasilələrin yaranması, ehtiyatların zəifləməsi, eyni zamanda da konservativ iqtisadi münasibətlər istiqamətində meyillərin güclənməsi fonunda artım istiqamətli bir məcraya daxil oldu. Amma Rusiya-Ukrayna konflikti bu prosesin daha da sürətlənməsinə gətirib çıxardı. 2020-ci ilin əvvəlindən etibarən bütövlükdə götürəndə infilyasiya dünya iqtisadiyyatlarında demək olar ki, əhəmiyyətli səviyyədə təsiri altına alan iqtisadi fenomenlərindən birinə çevrildi və bu proses çərçivəsində Azərbaycanda da demək olar ki, bənzər tendensiyalar müşahidə olunur. 2020-ci ildə Azərbaycanda infilyasiya 14%, 2023-cü ildə 8.8%, 2024-cü ildə nisbətən sakitlik ili olsa da, 2.2%- ə qədər infilyasiyada müəyyən bir sabitləşmə səviyyəsi müşahidə olunsa da, ilin ikinci yarısından etibarən daxili faktorların daha çox təsiri ilə, xüsusilə yanacağın qiymətinin qaldırılması və digər bu istiqamətdə kütləvi sərnişin daşıma xidmətlərinin artırılması və bu kimi qərarlarla nisbətən artmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.
Onun sözlərinə görə, 2025-ci ilin əvvəlində Azərbaycan üçün infilyasiya daha yüksək, 5% ətrafında proqnozlaşdırılır: “İlin əvvəlində də bununla bağlı simptomlar müşahidə olunur. İndi ki şərtlər daxilində infilyasiya təzyiqləri bir neçə istiqamətdən formalaşır, amma bunların ən mühümü təbii ki idxal infilyasiyasıdır. Çünki istehlak bazarında ciddi asılılıq Azərbaycan iqtisadiyyatını bu istiqamətdə həssas iqtisadiyyata çevirir və dünya bazarlarında qiymətlərin artması çox qısa müddətli dövr üçün çox sürətlə Azərbaycanın iqtisadiyyatına transformasiya edir. Çünki iqtisadiyyatın özündə də liberallıq səviyyəsi aşağı, iştirakçıllq səviyyəsi zəif, rəqabət mühiti aşağıdır. Bu baxımdan da idxal infilyasiyası çox sürətlə Azərbaycan iqtisadiyyatında öz əksini göstərir. Amma bununla yanaşı təbii ki, bir tərəfdən (fizikal) böyümənin yaratdığı effektdə vardır. Bilirik ki, artıq son 2 ildir Azərbaycanın büdcə xərcləmələri 40 milyardın üzərindədir və fizikal genişlənmə öz özlüyündə zəif də olsa müəyyən bir infilyasiyası təzyiqi yaradır, amma 2025-ci il üçün xüsusilə də yeni sosial paketlərin açılması və ya açıqlanması istiqamətində gözləntilər və eyni zamanda ilin əvvəlindən etibarən minimum əmək haqqının artırılması ilə əlaqədar qərarlarda bu vəya digər şəkildə infilyasiya hərəkətlərini təşviq edir, müəyyən qədər dəstəkləyir. Burada digər faktor hökümətin iqtisadiyyatda geniş təmsilçiliyi bu vəya digər şəkildə öz təşviq etdiyi xidmətlərin artırılması ilə bağla müəyyən bir mövqelər ortaya qoyub, müəyyən bir qərarlar qəbul etməsidir ki, bu da ümumi gözləntilərin artmasına və bu gözləntilərdə müştəri davranışının şəkillənməsinə, formalaşmasına təsir etməyinə dolayısıyla infilyasiyanın istehlak meyillərinin qısa müddətli dövrdə istehlak aktlarının sayının artması və infilyasiya təzyiqlərinin güclənməsinə təsir göstərir”.