Dünya

Bu kənddə spirtli içkilərin qəbulu qadağan edilir…


…Rusiyada spirtli içkilərin qəbulunun qadağan olunduğu daha bir məntəqə yaranıb.

SİA-nın məlumatına görə, Buryatiyanın Djidinski rayonunun Malı Narın kəndinin sakinləri yığıncaq keçirərək yekdilliklə onların yaşayış məntəqəsinə ayıqlıq zonası statusu verilməsi barədə qərar qəbul ediblər.

Hakimiyyət, prokurorluq və hüquq-mühafizə orqanları ilə birlikdə yerli sakinlər bu ərazidə spirtli içkilərin satışını tamamilə qadağan etmək qərarına gəliblər.

Deylənlərə görə, bu, bölgədə ilk dəfə deyil ki, yerli sakinlər spirtli içkilərdən istifadəyə qarşı çıxış edirlər.

… “Buryatia-Online” xəbər verir ki, Malı Narın artıq Buryatiyada sayca 30-cu belə yaşayış məntəqəsi olub.

Digər bölgələrdə də həddindən artıq spirt istehlakına qarşı mübarizə aparılır.

Belə ki, fevralın 18-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov yaşayış binalarının həyətində spirtli içkilərin satışını qadağan edən qanun imzalayıb.

Bu, həyətdən girişi və çıxışı olan bütün içki dükanlarına aiddir.

Dəyişikliklər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.

Əli Babayev