Dünya

Ilin əvvəlindən baş verən yanğınlarda 52 nəfər həlak olub


2025-ci ilin əvvəlindən Qazaxıstanın yaşayış sektorunda 1138 yanğın baş verib, 313 nəfər xilas edilib.

SIA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Erlan Turegeldiyev bildirib.

Onun sözlərinə görə, onlardan 6-sı uşaq olmaqla 52 nəfər həlak olub. Daha 50 nəfər, o cümlədən 8 uşaq xəsarət alıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi vətəndaşları istilik mövsümündə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.