Dünya

Kubada 40 saatlıq fasilədən sonra elektrik verilişi bərpa olunub


Təxminən 40 saat davam edən fasilədən sonra Kubada elektrik enerjisinin verilişi qismən bərpa olunub. SİA xəbər verir ki, bu, son 6 ayda üçüncü dəfə kütləvi elektrik kəsilməsidir. Artıq adanın böyük hissəsinə elektrik enerjisi verilir.

Lakin istehsal edilən elektrik tələbatı tam ödəyə bilmir. Ölkədə sutkalıq tələbat 3000 meqavat olduğu təqdirdə bazar günü cəmi 935 kilovat elektrik istehsal edilib.

Kubanın enerji təchizatı 8 İES vasitəsi ilə həyata keçirilir. ABŞ embarqosu bir tərəfdən stansiyalar üçün yanacaq almağa, digər tərəfdən stansiyaları yeniləməyə imkan vermir. 70-ci illərdə SSRİ-nin verdiyi avadanlıqlar tez-tez sıradan çıxdığı üçün stansiyalar vaxtaşırı təmirə dayanır. Son aylarda paytaxt Havananın elektrik təchizatında sutkalıq 4-5 saat fasilə yaranır. Əyalətlərdə isə bu göstərici bəzən 20 saata çatır.