“Mart faciəsi dünya tarixində bənzəri görülməyən bir faciədir”
“31 mart hadisələrinin olması labüd idi. Çünki o zamankı hakimiyyət bunun olmasını çox istəyirdi”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Milli Mətbuat tarixi kafedrasının dosenti, filologiya elmləri doktoru, əməkdar jurnalist Qərənfil Dünyaminqızı deyib.
Onun sözlərinə görə, bu hadisələrin yaşanması üçün balaca bir qığılcım lazım idi ki, 31 mart hadisələri alovlansın: “Bu dünya tarixində görünməyən bir faciədir. Məsələn Əhməd bəy Ağaoğlunun Bakı Hadisələri ilə bağlı bir məqaləsi var. Həmin məqaləni isə 1905-1907-ci illərdə yazıb. Bu hadisələrin yaşanmasında ən böyük günah isə bizim özümüzdə olub. Çünki laqeyd bir xalq olmuşuq. Çünki həmin dövrlərdə dostu və düşməni seçə bilmirdilər. Mart faciəsinin olmasında da, rus bolşeviklərinə və erməni bolşeviklərinə də dəstək olan bəzi şəxslər təəssüflər olsun ki, elə bizim dırnaq arası soydaşlarımız olub. Məsələn “Bakılılar” əsərində Qılman İlkin yazır ki, İçərişəhərə edilən hücuma Məşədi Əzizbəyovla, Mikoyan rəhbərlik edirdi. Bu faciə ilə bağlı çox saylı arxiv sənədləri də var. Şaumyanın Lelinə teleqramlarıda var bu arxiv matreallarında görürük ki, Lelinin Şaumyana ordu üçün ərzaq göndərilməsi ilə bağlıda sənədlər var. Hətda Şaumyan teleqramında bir məqamada toxunur ki, mütləq bizə ərzaqdan əlavə silah və sursat lazımdır. Bundan sonra Moskovadan nə qədər ərzaq, canlı qüvvə və silah və sursat gizli yollarla Bakıya göndərilib. Bundan sonra isə Bakının rayonlarında, kəndlərində Şaumyanın rəhbərliyi ilə bu göndərilən yardımlar gizlədilmişdi. Mart faciəsi dünya tarixində bənzəri görülməyən bir faciədir. Amma çox böyük təəssüflər olsun ki, uzun illər elə bizim öz alimlərimiz, hətda akademiklərimiz bu soyqrım üçün vətəndaş müharibəsi adı verdilər, inqilab adı verdilər amma bu soyqrım idi. Bununla bağlı Üzeyir Hacıbəyli o zaman ki, durumda belə açıq aşkar yazılarında soyqrımla bağlı öz fikrlərini yazırdı. Amma təəssüf ki, Üzeyir bəy kimi yazanlar az idi, barmaqla sayılacaq qədər az adamlar var idi. Sovet dövründə bizə, gənc nəsilə 70 il vətəndaş müharibəsi kimi, inqilab kimi bu hadisələr bizə tanıdıldı”.