Minskdə Yaponiya vətəndaşı 7 il müddətinə azadlıqdan məhrum edilib
…Baş Prokurorluğun mətbuat xidməti xəbər verir ki, Minsk Şəhər Məhkəməsi Yaponiya vətəndaşı Nakanişi Masatoşi “kəşfiyyat fəaliyyəti” (Cinayət Məcəlləsinin 358-1-ci maddəsi) maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, adama 21 min rubl da cərimə kəsilib.
Prokurorluğun məlumatına görə, Masatoşi 2018-ci ildən 2024-cü ilə qədər “kəşfiyyat fəaliyyəti” həyata keçirib. Məhkəmə yaponiyalını “Belarus Respublikasının milli təhlükəsizliyinə bilə-bilə zərər vurmağa yönəlmiş hərəkətlərlə xarici dövlətin xüsusi xidməti, təhlükəsizlik agentliyi və ya kəşfiyyat orqanı ilə əməkdaşlıq etməkdə” təqsirli bilib.
Əli Babayev