Siyasət

Prezidentin “Euronews” televiziyasına verdiyi müsahibəsi onun qalib ölkənin güclü lideri olduğunu bir daha sübut etdi


“XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşdülər”. SİA xəbər verir ki, bunu “BİG Media” MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi onun qalib ölkənin güclü lideri olduğunu bir daha sübut etdi:

“Forumda müxtəlif ölkələrdən 50-dən artıq fəaliyyətdə olan, sabiq dövlət və hökumət başçısı iştirak etdi. Bu gün Azərbayca qlobal müzakirə platformasına çevrilərək beynəlxalq siyasət, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və humanitar məsələlər üzrə mühüm forumların keçirildiyi mərkəzlərdən biri olub.

Ölkənin geosiyasi mövqeyi, diplomatik uğurları və təşəbbüsləri bu prosesdə həlledici rol oynayıb. Əlbəttə ki, ölkəmizin belə möhtərəm tədbirlərə evsahibliyi etməsi onun günbəgün artan beynəlxalq nüfuzunun sübutudur. Azərbaycanın bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi, qlobal müzakirələrdə fəal iştirakına və bəşəri problemlərin həllinə töhfə verməsinə şərait yaradır.

Forum çərçivəsində cənab Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində dünya və regional gündəmə də toxunmaqla yanaşı həm də Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə çalışan qüvvələrə mühüm mesajlar ünvanladı.Dövlət başçısı müsahibəsində forumun əhəmiyyətindən danışaraq bildirdi ki, XII Qlobal Bakı Forumun iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verdi.Cənab Prezidentin də müsahibəsində qeyd etdiyi kimi, hazırda bölgədə nisbətən sakit bir dövr yaşanır və bu fürsət dəyərləndirilməlidir. Əsas məqsəd, yeni hərbi qarşıdurmaların qarşısını alacaq əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Müstəqillik əldə etməzdən əvvəl Cənubi Qafqaz respublikaları arasında müəyyən təmaslar var idi və bu təcrübədən yararlanaraq gələcəkdə qonşuluq prinsiplərinə əsaslanan birgə inkişaf strategiyası qurmaq mümkündür”.

Emil Əkbərov vurğulayıb ki, dövlət başçısının müsahibəsində toxunduğu önəmli məsələlərdən biri də dünyada nizamlı sistemin olmaması barədədir:

“Bu gün dünyada sürətli dəyişikliklər gedir və qlobal səviyyədə müxtəlif siyasi, iqtisadi və ekoloji problemlər son illərdə daha mürəkkəb hala gəlib. Əvvəllər mövcud olan qaydalar və strukturlaşmış beynəlxalq münasibətlər bəzi hallarda öz effektivliyini itirir. Bununla yanaşı, yeni güc mərkəzlərinin meydana gəlməsi, texnologiyanın sürətli inkişafı və pandemiya kimi qlobal miqyaslı hadisələr bu vəziyyəti daha da mürəkkəbləşdirib. Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir.

Dövlət başçısı müsahibədə beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli olmadığını da qeyd etdi. Dövlət başçısının müsahibədə səsləndirdiyi və dünyada cəryan edən geosiyas, geoiqtisadi proseslərə baxışını əks etdirən cümlələrdən aydın olur ki, Azərbaycan kimi hər bir ölkə öz gücünə, imkanlarına belə bağlamalıdır. Beynəlxalq yardıma və hüquqa arxalanmaq olmaz, bu hər bir ölkə üçün risklidir. Azərbaycan hər zaman öz gücünə güvənən ölkə olub. Müsqətillik illərində Azərbaycan beynəlxalq səviyyədə ikili standartlara məruz qaldı. Problemlərin həllində müvafiq beynəlxalq təşkilatlardan hər hansı bir yetərli dəstək almadıq. Ölkəmiz beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı oldu. Amma milli maraqlarımız məsələsində Azərbaycan heç kəsə və ya heç bir təsisata arxalanmadı. Təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir.

Yəni öz resurslarımıza güvənirdik, suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik. Bu gün gələcəyimizi öz gücümüzə qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”.

Emil Əkbərov söyləyib ki, dövlət başçısınınn vurğuladığı kimi növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm:

“Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir. Sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə – Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.