Dünya

Tayland ruslar üçün vizasız girişi azaldacaq


Tailand hökuməti Rusiya və Çin də daxil olmaqla 93 ölkədən turistlərin ölkədə mümkün qalma müddətini 60 gündən 30 günə endirməyi planlaşdırır.

SİA xəbər verir ki, bu barədə ölkənin Turizm və İdman Nazirliyinə istinadən “Bangkok Post” qəzeti məlumat yayıb.

…Əcnəbi vətəndaşların ölkəyə vizasız girişi 60 gündən 30 günə endiriləcək, – məlumatda deyilir.

Nəşrin məlumatına görə, bu qərar xarici vətəndaşların Tailandda kölgə biznesi ilə məşğul olmaq imkanından məhrum edilməsi zərurəti ilə əlaqədar qəbul edilib.

Məqalədə Tailand Xarici İşlər Nazirliyinin də təşəbbüsü dəstəklədiyi vurğulanıb. Bununla belə, yekun qərar yalnız mövcud reqlamentin tənzimlənməsinin bütün detalları müzakirə edildikdən sonra veriləcək.

Əli Babayev