Tümendə jurnalist yoxa çıxıb..?
… Biatlon yarışını işıqlandırmaq üçün Tümenə gələn və itkin düşən jurnalist Aleksandr Kruqlovu axtarılır.
SİA-nın məlumatına görə, o, bir gün əvvəl axtarışa verilib.
40 yaşlı Kruqlov biatlonla bağlı “Penalti 150” kanalının müəllifidir.
Axtaranlar deyir ki, jurnalist sonuncu dəfə martın 12-də şəhərin Şərq rayonunda görünüb. Bundan sonra o, əlaqəni kəsib və onun harada olduğu hələlik məlum deyil.
Xatırladaq ki, martın 13-dən 16-dək Tümendə “Jemçujina Sibiri” idman kompleksində biatlon üzrə Rusiya çempionatı keçirilib.
Əli Babayev