Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər
Azərbaycanlı deputatlar Türk Dünyası Beynəlxalq Novruz Festivalında iştirak edəcəklər. SİA-nın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin və Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin martın 19-da Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTR) Nikosiya şəhərinə səfəri nəzərdə tutulub.
Deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Türk Dünyası Beynəlxalq Novruz Festivalı” adlı silsilə tədbirlərdə iştirak edəcəklər. Silsilə tədbirlərdə iştirak edəcək türk dövlətlərindən olan qonaqlar və ŞKTR-də təhsil alan əcnəbi tələbələr xalqın qədim adət-ənənələri ilə tanış olacaqlar.
Səfər martın 23-də başa çatacaq.