Parkinq problemlərinin həll yolları NƏLƏRDİR?
“Avtomobil sahiblərinin haqlı etirazlarından biri də parkinq sisteminin demək olar ki, gözləntiləri doğrulda bilməməsidir. Bunun bir neçə obyektiv və subyektiv səbəbləri vardır. Əsas səbəblərindən biri yer probleminin olmasıdır. Yəni kifayət qədər ərazilərin parkinqləri ödəyə bilməməsidir. İkinci məsələ isə parkinqlərdə, xüsusən şəhərin mərkəzi ərazilərində qiymətlərin baha olmasıdır. Bu öz növbəsində insanları məmnun etməyən səbəblərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri eksperti Aslan Əsədov deyib.
Onun sözlərinə görə, digər məsələ isə yanlış yerlərdə yəni təcili hallarda avtomobilini yerləşdirməyə yer tapmadıqda artıq həmin şəxs başqa alternativ yerlər axtarmağa başlayırlar: “Küçədə, səkidə, digər binaların giriş-çıxışında, məhəllə girişləri və s. ərazilərdə nəqliyyat vasitəsini park edirlər. Bu da əsas problemlərdən biridir. Bunların aradan qaldırılması üçün parkinq ərazilərinin ayrılması vacibdir. Ərazilərdə bir neçə mərtəbəli parkinq qarajların və yaxud avtomobil parkinq ərazilərinin inşası vacibdir. Bu yollarla bu məsələləri kifayət qədər həll etmək olar. Əks təqdirdə bu məsələlər heç bir həll tapmayacaq və müəyyən dərəcədə problemlər olaraq qalacaqdır.
Digər məsələ isə parkinqlərin ümumi istifadədə olan, yəni magistralların və yolların kənarında parkinqlərin tətbiq olunması, şəhər mərkəzlərində, xüsusəndə mərkəzə yaxın yerlərdə parkinq yerlərinin problemli olmasıdır. Yəni kifayət qədər yol olmadığı üçün, ərazi bahalı məkanlar olduğu üçün bu nöqteyi nəzərdən məsələni qiymətləndirmək yerinə düşər”.