Dünya

ABŞ Milli Arxivi Kennedinin qətli ilə bağlı sənədləri açıqlayıb


ABŞ Milli Arxivi 1963-cü ildə prezident Con Kennedinin qətli ilə bağlı məxfiliyi ləğv edilmiş minlərlə səhifəlik sənədləri açıqlayıb. SİA-nın məlumatına görə, Prezident Donald Tramp yanvarın 23-də qalan qeydlərin açıqlanmasına dair sərəncam imzalayıb və bunun ictimai maraqlara cavab verdiyini bildirib.

Mindən çox sənəd ABŞ Milli Arxivlər və Qeydlər Administrasiyasının saytında yerləşdirilib.

Sui-qəsdi ilə bağlı 13 minə yaxın sənəd Bayden administrasiyası dövründə açıqlanıb.