Azərbaycanda bayram günlərində mənşə sertifikatı verilməsi davam etdiriləcək
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sahibkarlıq subyektlərinə müraciət edib. SİA xəbər verir ki, müraciətdə deyilir ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və belə ekspertizaların nəticələrinə uyğun olaraq malın mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə Agentliyin (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri (https://competition.gov.az/az/page/haqqimizda/regional-bolmeler), eləcə də İstehlak Mallarının Ekspertizası Mərkəzi və regional bölmələri (https://www.ekspertiza.az/az/haqqimizda/regional-bolmeler) qeyri-iş günlərində – (22, 24, 26, 29 mart) fəaliyyət göstərəcək.
Qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, xidmətlərdən yararlanmaq üçün Agentliyə və onun regional bölmələrinə müraciət edə bilərlər.