İtaliya tamamilə süni intellekt tərəfindən yazılmış gündəlik qəzet buraxır
Italiyanın mühafizəkar-liberal qəzeti “İl Fogli” tamamilə süni intellekt tərəfindən yaradılan gündəlik dörd səhifəlik çap nəşrini buraxıb.
SİA-nın məlumatına görə, bu barədə The Guardian yazır.
…Bu, məqalə və başlıqlardan tutmuş sitatlara, xülasələrə və hətta istehzaya qədər tamamilə süni intellekt tərəfindən yaradılan dünyanın ilk gündəlik qəzetidir.
“İl Fogli”nin baş redaktoru Klaudio Cerasa “…onu hər hansı digər qəzet kimi qəzet köşklərindən almaq olar” deyib. Jurnalistlərin qəzetin yaradılmasında rolu aydınlaşdırıcı suallar vermək və cavabları oxumaqla məhdudlaşır.
…“Il Foglio” süni intellekt birinci nömrəsinin ön səhifəsində “ABŞ-dakı kumirləri banan respublikası despotu kimi davrananda” “bayram edən” “italyan trumpçılarının paradoksu”ndan bəhs edən məqalə var.
Ön səhifədə Rusiya lideri Putinin “20 illik pozulmuş vədlər, pozulmuş razılaşmalar və deyilməyən sözlər”dən bəhs edən “Putin, 10 xəyanət” başlıqlı rubrikası da var.
İkinci səhifədə gənc avropalıların bağlı münasibətlərdən necə qaçması haqqında hekayə var.
Son səhifədə süni intellekt tərəfindən yaradılan redaktora məktublar var, onlardan birində süni intellektin gələcəkdə insanları “yararsız” edib-etməyəcəyi soruşulur.
“Il Foglio”-nun baş redaktoru vurğulayır ki, süni intellekt qəzeti ən azı bir ay davam edəcək bir təcrübədir.
Onun məqsədi süni intellektin praktikada necə işləyə biləcəyini nümayiş etdirmək, eyni zamanda texnologiyanın gündəlik qəzet istehsalına təsirini müşahidə etməkdir.
Əli Babayev