Dünya

Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahı mühasirəyə alınır…


…ABŞ polisi və xüsusi təyinatlıları Mərkəzi Kəşfiyyat İdarəsinin Lenqlidəki qərargahının girişində atışma xəbərləri yayıldıqdan sonra onu mühasirəyə alıblar.

SİA-nın məlumatına görə, bu barədə “The Sun” xəbər verir.

…Giriş qapısından gələn silahlı şəxsin təhdidləri eşidildikdən sonra onlarla polis Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahını mühasirəyə alıb, – məlumatda deyilir.

İlkin olaraq şahidlər atəş səsləri olduğunu bildiriblər. Lakin polis hadisə zamanı heç bir atəş açılmadığını və xəsarət alan olmadığını bildirib.

Şahidlərin sözlərinə görə, Mərkəzi Kəşfiyyat İdarəsinin qərargahının bütün girişi polis, hərbçilər və yanğınsöndürən maşınlar tərəfindən bağlanıb.

İlçe polisi də öz növbəsində “Mərkəzi Kəşfiyyat İdarəsi qərargahının bağlanması ilə bağlı insident” səbəbindən yolların bağlanması barədə yerli sakinlərə məlumat verib. Hadisənin nə ilə bağlı ola biləcəyi hələlik məlum deyil. Martın əvvəlində Mərkəzi Kəşfiyyat İdarəsinin işə qəbul edənləri və yeni işçilərin kütləvi şəkildə ixtisarına başladığı barədə məlumat yayılmışdı.

Əli Babayev