Dünya

Ölmüş əri ilə 5 gün bir mənzildə qalıb…


Moskva yaxınlığındakı Protvino şəhərinin 69 yaşlı sakini 5 gün mərhum ərinin yanında yatıb. Qadın əvvəlcə stressdən huşunu itirib, yıxılıb və ayağa qalxa bilməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, faciə təqaüdçü cütlüyün, keçmiş nüvə fizikləri və Yüksək Enerji Fizikası İnstitutunun əməkdaşlarının yaşadığı yaşayış binasındakı mənzildə baş verib.

Martın 8-də qohumları ilə danışıblar, sonra əlaqəni kəsiblər. Qohumlar Moskva vilayətinə yalnız martın 17-də axşam gəliblər.

Mənzildə ailə başçısının həyat yoldaşını ağır vəziyyətdə tapıblar.

Qadın mətbəxlə dəhlizin arasında yerdə uzanıbmış. Əri divanda idi, ölmüşdü.

Gələn ekspertin müəyyən etdiyi kimi, kişi martın 12-13-də yuxuda olarkən, ehtimal ki, ürək tutmasından dünyasını dəyişib.

Onun həyat yoldaşı ərinin ölümünü görən kimi böyük ehtimalla şokdan huşunu itirib.

Özünə gələndə nə ayağa qalxa, nə də telefona çata bilib. Qadın yorğunluq və susuzluqla xəstəxanaya çatdırılıb və həkimlər onun həyatı üçün mübarizə aparırlar.

Nazlı Almuradova