Sobçak rus qadınlarını mini yubka geyinməyə çağıran deputatı söyüb
SİA-nın dünın yazdığı kimi, parlamentari Rusiyada doğum səviyyəsini artırmaq üçün Tarusada qadınların daha tez-tez mini yubka geyinməsini təklif edib.
O, 1970-ci illərdə qadınların belə geyimlərə üstünlük verdiyini və bunun evliliklərin möhkəmlənməsinə töhfə gətirdiyini qeyd edib.
…Və bu arada tanınmış jurnalist və ictimai xadim Kseniya Sobçak Tarusa Şəhər Dumasının LDPR-dən olan deputatı Yevgeni Rudenkonun bəyanatını kəskin şəkildə pisləyib. …Parlament deputatı ölkədə doğum səviyyəsini artırmaq üçün rus qadınlarına mini yubka geyinməyi təklif edib.
Telegram-da yerləşdirdiyi videomüraciətlərində Sobçak qeyd edib ki, Rudenkonun qadınlara necə görünməli olduqlarını diktə etmək hüququ yoxdur.
…Yevgeni, səndən soruşmağı unudublar ki, biz kiminsə gözünü necə oxşaya bilərik, – deyən Sobçak deputatı qadınların şəxsi həyatına müdaxiləni dayandırmağa çağırıb.
Qeyd edək ki, Rudenkonun bəyanatını tənqid etməyə Dövlət Dumasının deputatı Nina Ostanina da qoşulub.
O, həmkarının təklifini “dəlinin çılğınlığı” kimi qiymətləndirib və yerli qanunvericilərə deputatın Dumadan geri çağırılması imkanını nəzərdən keçirməyi təklif edib.
…Xatırladaq ki, Rudenkonun martın 16-da dərc olunmuş təşəbbüsündə Tarusanın qadın sakinlərinə daha tez-tez mini yubka geyinmək təklifi edilib, onun fikrincə, bu cür geyim tərzi nikahların möhkəmlənməsinə töhfə verəcək.
Əli Babayev