Dünya

Tramp və Zelenski danışıqları başlayıb


ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.

SİA-nın məlumatına görə, “Reuters” xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Den Skavino bildirib.

…Hazırda baş verən odur ki, prezident Tramp Oval kabinetdədir və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonda danışır.

Bunu Ağ Ev sözçüsü deyib.

Bir müddət əvvəl ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff bildirmişdi ki, ABŞ Ukraynada atəşkəslə bağlı yekun razılığa gəldikdən sonra Rusiyaya qarşı sanksiyaları yumşaldacaq. O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Tramp bu məsələni hələ müzakirə etməyiblər, lakin sonradan iqtisadi məhdudiyyətlər problemi aktuallaşa bilər.

Əli Babayev