Dünya

Vuçiç istefanın şərtini açıqlayıb


Serbiya prezidenti Aleksandar Vucic təhlükəsizlik qüvvələrinin Belqradda nümayişçilərə qarşı səs topundan istifadə etdiyi aşkarlanarsa, istefa verəcəyini bildirib.

SİA-nın məlumatına görə, Serbiya liderinin sözlərini “Nova S” telekanalı yayıb.

…Hal-hazırda sizə deyirəm, əgər bizim qüvvələrimiz səs topundan, onların dediyi kimi, Qasırğadan istifadə edibsə, deməli, mən artıq prezident deyiləm. Siz acınacaqlı yalançılarsınız, utanmalısınız , – Serbiya lideri vurğulayıb.

…Martın 15-də Serbiyada ən böyük kütləvi etiraz aksiyası keçirilib. Bu, Novi Sad dəmir yolu vağzalında beton örtünün uçmasından sonra ölkədə davam edən böhranın kulminasiya nöqtəsi idi.

Daha sonra Serb müxalifət mediası, hadisənin episentrində çəkilmiş bir video da daxil olmaqla, çoxsaylı videolarla dəstəklənən səs topunun mümkün istifadəsi barədə məlumat verməyə başladı. Vuçiç hüquq-mühafizə orqanlarının etirazçılara qarşı səs topundan istifadə etməsi ilə bağlı ittihamları rədd edib.

Əli Babayev