Yollarda görünüş məhdudlaşacaq!
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, martın 21-də ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq. Yağıntı və duman səbəbindən avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir. Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli olmağa çağırır. Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsi aşağıdakı qaydalara riayət etməyi tövsiyə edir:
-Sürət həddini hava şəraitinə uyğun seçin.
– Yaxın məsafəni göstərən işıqları (faraları) yandırın, zərurət olduqda duman faralarından istifadə edin.
-Ötmə və kəskin manevrlərdən çəkinin.
-Öndə hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini artırın.
– Xüsusilə piyada keçidlərində daha ehtiyatlı olun.
Unutmayın: Qeyri-sabit hava şəraitində nəqliyyat vasitələrini idarə etmək əlavə diqqət və məsuliyyət tələb edir!
Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi ehtiyatlı olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.