Dünya

ABŞ Makron və Starmer haqqında sərt danışıb…


Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmerin Rusiya ilə bağlı açıqlamaları, Moskvaya qarşı ittihamları siyasətçilərin ağlını itirdiyini və çılğın olduğunu göstərir.

SİA-nın məlumatına görə, bunu Judging Freedom YouTube kanalında Çikaqo Universitetinin professoru Con Mearşeimer bildirib.

Bundan əvvəl Starmer və Makronun Ukraynada “sülhməramlılar” yerləşdirməyə və Kiyevə təhlükəsizlik zəmanəti verməyə hazır olan qondarma “istəklilər koalisiyası” yaratmaq üçün 37 ölkəni cəlb etməyə çalışdıqları bildirilirdi.

…Starmer və Makronun “istəklilər koalisiyası” və Ukraynada nə edəcəkləri barədə danışdıqlarını dinləyəndə, onların ağlını itirdiklərini düşünürəm,-deyə professor izah edib.

…Rusiyanın Qərbi Avropa üçün təhlükə yaradacağını təsəvvür etmək çətindir,-deyə alim bildirib.

Eyni zamanda, o əlavə edib ki, baş nazir və prezident hər zaman bu barədə danışırlar. Onun fikrincə, münaqişə bitdikdən sonra Qərb dövlətləri yenidən Rusiya ilə dostluq etmək və onunla ticarət etmək istəyəcəklər.

Əli Babayev