ABŞ-nin Azərbaycandakı səfirliyi Novruz bayramı şənliyi təşkil edib
ABŞ-nin Azərbaycandakı səfirliyi Novruz bayramı şənliyi təşkil edib. SİA-nın məlumatına görə, tədbir barədə məlumat səfirliyin sosial şəbəkə hesabında dərc edilib:
“Novruz Bayramınız Mübarək! Biz Səfirlikdə Novruz bayramını çox gözəl qeyd etdik və tədbirdən bəzi fotoları sizə təqdim edirik! Bu bayram mövsümü sizə yeni başlanğıclar, sevinc və firavanlıq gətirsin”.