Sosial

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir


Martın 22-si saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naftalan, Goranboy, Ceyrançöl, Şəmkir, Tovuz, Ağstafa, Gəncə, Qəbələ, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Yardımlı, Lerik, Lənkəran, Astara, Şəki, Qax, Zaqatala, Balakən və Oğuzda fasilələrlə yağış yağır. Göygöl, Gədəbəy və Daşkəsəndə isə arabir qar yağması müşahidə olunur.

Daşkəsən, Göygöl, Balakən, Qax Şəki, Qəbələ, Oğuz və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.